Naxçıvanda ölümlə nəticələnən ağır qəza baş verib - FOTO

Naxçıvanda ölümlə nəticələnən ağır qəza baş verib - FOTO

Hazırda oxunan: Naxçıvanda ölümlə nəticələnən ağır qəza baş verib - FOTO

176352

Axşam saatlarında Şərur rayonunun Xanlıqlar kəndi ərazisində bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, Naxçıvan şəhər sakini Əhmədov Vətən Məhəmməd oğlunun idarə etdiyi 75 BH 565 nömrə nişanlı "Lifan" markalı avtomobil yol kənarında dayanan Türkiyə vətəndaşı Cuma Ali Üzümcünün idarə etdiyi 27 AMP 616 nömrəli nişanlı "Tır"la toqquşaraq qəza törədib. 

Hadisə nəticəsində Lifan markalı avtomobilin sürücüsü ağır yaralanıb, sərnişin Əhmədova Sevda Məşdi qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO