Zelenski Tokayevi Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri barədə məlumatlandırıb

Zelenski Tokayevi Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri barədə məlumatlandırıb

Hazırda oxunan: Zelenski Tokayevi Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri barədə məlumatlandırıb

176315

Ukrayna Prezidenti Volodimir Zelenskinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib.

Ukrayna lideri söhbət zamanı Kiyevə humanitar yardıma görə Tokayevə təşəkkür edib və onu Ukrayna sülh formulunun həyata keçirilməsi üzrə təhlükəsizlik müşavirlərinin danışıqlarının nəticələri və Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri barədə məlumatlandırıb.

“Danışıq zamanı ölkələr arasında siyasi dialoqun və ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsi müzakirə olunub”, - deyə Zelenski qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO