Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Məclisin plenar iclasda, avtomobillərin parklanması qiymətlərində güzəştlər olmasını təklif edib.
O, bildirib ki, bunun üçün də güzəştli kateqoriyalar yaradılmalıdır:
“Vətəndaşlarımız 8 saat iş yerində olur. Ora avtomobillə gəlir, avtomobilini iş yerinin qarşısında saxlayır və onlara güzəşt yoxdur. Vətəndaş məcburdur avtomobil ilə iş yerinə gəlsin və 8 saat orada olsun. Əgər parklama yerində ödəniş bir saata görə 1 manatdırsa, gün ərzində ciddi məbləğ yaranır. İkinci kateqoriyadan olan müraciətlər ali məktəblərlə bağlıdır. Ali məktəblərin müəllimləri iş yerinə avtomobillə gəlir. Eyni zamanda bəzi tələbələr avtomobillə gəlirlər. Onlar da belə güzəştlərdən uzaqdır”.
Deputatın parklanma qiymətlərində güzəştlərin tətbiq edilməsi təklifi ictimaiyyətdə rəğbətlə qarşılanıb. Hətta parklanmaya görə müəyyən olunan tarifə yenidən baxılması və qiymətlərin aşağı salınması təklif olunub.
Bəs, aidiyyəti qurum bununla bağlı addım atacaqmı?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavabda bildirilir ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir:
“Qanunvericiliyə əsasən, parklanmaya görə iş yerlərinə, təhsil müəssisələrinə münasibətdə və digər hallarda güzəşt nəzərdə tutulmayıb”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 02.02.2024
Parklanma qiymətlərindən şikayətlənən Fəzail Ağamalıya AYNA-dan CAVAB
Hazırda oxunan: Parklanma qiymətlərindən şikayətlənən Fəzail Ağamalıya AYNA-dan CAVAB
Hazırda oxunan: Parklanma qiymətlərindən şikayətlənən Fəzail Ağamalıya AYNA-dan CAVAB
176299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.