Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq - Səbinə Əliyeva 

Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq - Səbinə Əliyeva 

Hazırda oxunan: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq - Səbinə Əliyeva 

176254

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu istiqamətdə növbəti dəyirmi masa Naxçıvan şəhərində təşkil olunub.

Ombudsman Səbinə Əliyeva vətəndaş və siyasi hüquqların daha səmərəli təmini və müdafiəsi sahəsində ardıcıl işlərin görürüldüyünü, seçki hüquqlarının təmini vəziyyətinin daim diqqətdə saxlanıldığını və seçki qanunvericiliyi, seçki prosedurları barədə geniş məlumat verib.

Ombudsman çıxışında seçki prosesi ilə bağlı tədbirlər planı hazırladıqlarını və bu istiqamətdə tədbirlərin keçirildiyini bildirib: 

“İlk dəfə olaraq bu seçkilər suveren Azərbaycanın bütün ərazilərində keçiriləcək. Bu, həm də qürurverici məqamdır. Azərbaycan tarixi ədaləti bərpa etdikdən sonra keçirilən bu seçki tarixə yazılacaq. Seçkidə prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir.

Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər təşkil olunub. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları həmçinin seçki məntəqələrində, hərbi hissələrdə, cəzaçəkmə məntəqələrində də müşahidələr aparacaqlar”.

Ombudsman əlilliyi olan insanların seçkilərdə iştirakı üçün seçki məntəqələrində pandusların quraşdırıldığını, sağlamlıq imkanları məhdud şəxslərin seçki hüququnun təmini məsələsinin zəruriliyini də diqqətə çatdırıb.

Növbədənkənar Prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər barədə danışan MSK üzvü Hüseyn Paşayev isə nəzərə çatdırıb ki, qurum seçki prosesləri ilə bağlı silsilə maarifləndirici tədbirlər təşkil edir. Xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırılaraq bildirilib ki, bölmə vasitəsilə vətən¬daşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Dəyirmi masada çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə Bakı şəhəri və digər regionlarda birlikdə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Müvəkkil təsisatı tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsi ilə bağlı vəziyyəti öyrənilib, eləcə də müvafiq dövlət qurumları ilə birgə silsilə maarifləndirmə tədbirləri təşkil edildiyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO