İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər AÇIQLANDI 

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər AÇIQLANDI 

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər AÇIQLANDI 

176237

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi hazırlanıb. Bu mexanizmin tətbiqi nəticəsində 500 milyon manat kommersiya kreditinin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, bunu “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi ilə bağlı keçirilən brifinqdə Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədri Osman Xaliyev deyib. 

O bildirib ki, bununla da faizlərin 2/3 hissəsi dövlət tərəfindən subsidiyalaşacaq. 

Qeyd edək ki, fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Belə ki, sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. 

Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO