Fevral ayının 2-də “TikTok”er Aysunun məhkəməsi başlayır.
Bizim.Media unikal-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilən Mirişli Aysun Ədalət qızının məhkəmə prosesi Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, ötən ilin dekabr ayında "TikTok"da "axundova_302" adı ilə tanınan Aysun Mirişli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qərardan narazı qalan Aysun Mirişli hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş etsə də, hakim bunu sübut edəcək sənədin olmadığına görə seçilmiş qətimkan tədbirini dəyişdirməyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:11 / 02.02.2024
Narkotikə görə saxlanılan “TikTok”er hakim qarşısına çıxarılır - FOTO
Hazırda oxunan: Narkotikə görə saxlanılan “TikTok”er hakim qarşısına çıxarılır - FOTO
Hazırda oxunan: Narkotikə görə saxlanılan “TikTok”er hakim qarşısına çıxarılır - FOTO
176205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.