“40 yaşından yuxarı qadınları işə götürmürlər, elə kişiləri də. Bu nə deməkdir?

“40 yaşından yuxarı qadınları işə götürmürlər, elə kişiləri də. Bu nə deməkdir?" - Tənzilə Rüstəmxanlı - VİDEO

Hazırda oxunan: “40 yaşından yuxarı qadınları işə götürmürlər, elə kişiləri də. Bu nə deməkdir?" - Tənzilə Rüstəmxanlı - VİDEO

17618

“Azərbaycanda 40 yaşından yuxarı qadınları işə götürmürlər”.

Bunu Bizim.Media-ya müsahibəsində Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tənzilə Rüstəmxanlıdan II Qarabağ savaşı, intiharlar, qadına şiddət və digər mövzularla bağlı Bizim.Media-ya özəl VİDEO-MÜSAHİBƏ


Onun sözlərinə görə, bu gün işəgötürənlərin iş axtaranlar üçün yaş məhdudiyyəti tətbiq etməsi, yersiz xarici dil tələbi nəinki qadınların, həm də kişilərin əmək hüquqlarının pozulması deməkdir. 

Tənzilə Rüstəmxanlı qadınlara qarşı olan gizli əmək diskriminasiyası faktları ilə bağlı rəhbərlik etdiyi təşkilata müntəzəm olaraq şikayətlərin daxil olduğunu da qeyd edib:

“45 yaşından yuxarı qadınları işə götürmürlər, elə kişiləri də. Bu nə deməkdir? Bu insanların ən azı 65 yaşına qədər sağlam işləmək imkanları var. Niyə işləməsinlər? Necə saxlasınlar ailələrini? “

T. Rüstəmxanlı təəssüflə qeyd edib ki, işəgötürənlərin böyük əksəriyyəti işə qəbul edəcəkləri şəxsin ən azı 2 dil bilməsini tələb edir:

“Özəlliklə dil məsələsi çox ciddi problemdir. Dil bilənin sənədlərini, dil bilməyənin sənədlərindən üstə qoymasınlar. Azərbaycanın hər hansı bir nazirliyində işləmək üçün xarici dil bilmək məcbur deyil axı. Beynəlxalq şöbələr, qurumlar ingilis dilini də bilsin, fransız dilini də, lap 50 dil bilsinlər.

Onların işi odur. Başqa şöbələrdə çalışmaq üçün isə xarici dil bilməyə nə ehtiyac var?!”.

Azəri-Türk Qadınlar Cəmiyyətin sədri bu istiqamətdə təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO