1000 seçki məntəqəsində veb-kameralar QURAŞDIRILIB – RƏSMİ 

1000 seçki məntəqəsində veb-kameralar QURAŞDIRILIB – RƏSMİ 

Hazırda oxunan: 1000 seçki məntəqəsində veb-kameralar QURAŞDIRILIB – RƏSMİ 

176123

"Əvvəlki illərdəki təcrübəyə sadiq qalaraq 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində - ümumi seçki məntəqəsinin 17 faizində veb-kameralar quraşdırılıb".

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. 

O qeyd edib ki, 1000 məntəqədə olan veb-kameralar məntəqələrin aydın görünməsi üçün xüsusi önəm kəsb edir, proqram təminatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb:
"Səsvermə günü izləyicilərin prosesi izləməsi üçün bütün tədbirlər görülüb. MSK-nın internet səhifəsinin texniki imkanlarının genişləndirilməsi istiqamətində də önəmli addımlar atılıb".

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO