Doğma dilimizə xor baxan UŞAQ BAĞÇALARI – “Bu bəlanı yaşadanlar var...”- Sabiq təhsil naziri

Doğma dilimizə xor baxan UŞAQ BAĞÇALARI – “Bu bəlanı yaşadanlar var...”- Sabiq təhsil naziri

Hazırda oxunan: Doğma dilimizə xor baxan UŞAQ BAĞÇALARI – “Bu bəlanı yaşadanlar var...”- Sabiq təhsil naziri

17612

Paytaxtımızda fəaliyyət göstərən uşaq bağçalarının bir qismində Azərbaycan bölmələri ləğv edilir. Son zamanlar ictimaiyyətdə bununla bağlı çoxsaylı məlumatlar yer alır.

Valideynlərin bildirdiyinə görə, xüsusilə özəl bağçalarda ya Azərbaycan bölməsi yoxdur, ya da formal xarakter daşıyır. Bir sözlə, artıq uşaq bağçalarımız da “ruslaşır”. 

Belə bir iddia ilə bu günlərdə jurnalist Yelena Eyvazlı (Siderenko) da çıxış edib. O, sosial hesabındakı paylaşımında qeyd edib ki, övladını Azərbaycan dilli qrupa yerləşdirilmək istəsə də, üz tutduğu bağçaların əksəriyyətində ona yalnız rus bölməsinin fəaliyyət göstərildiyi deyilib. Bağça rəhbərləri bunu Azərbaycan dilli qruplara təlabatın az olması ilə əlaqələndirib. 

Ciddi müzakirə yaradan məsələ ictimaiyyətdə doğma dilimizə etinasızlıq, ögey münasibət və hörmətsizlik kimi qiymətləndirilib. 

Müşahidələr göstərir ki, bu gün Azərbaycan bağçalarında ana dilimizin əvəzinə rus, ingilis, fransız dilləri öyrədilir. Hətta övladlarını özəl bağçalara qoymaq istəyən valideynlər də  təhsilə qədər tərbiyə ocaqlarının çoxunda dilimizin  öyrədilmədiyindən gileyləniblər. 

Rusdilli məktəblərin sayının artmasından sonra uşaq bağçalarının “ruslaşması” başadüşülən deyil. Buna valideynlər, yoxsa aidiyyəti qurumlar maraqlıdır? 

Bizim.Media-ya bu barədə danışan Azərbaycanın sabiq təhsil naziri, filologioya elmləri doktoru Firudin Cəlilov qeyd olunan halı pisləyib və aidiyyəti qurumların dərhal hərəkətə keçmələrini vacib sayıb: 

“Azərbaycanda Rusiyaya meyl xəstəliyi var. Sovetdən qalma bu virusu hələki canımızdan çıxara bilmirik. Bir bəladır, girib millətin canına və onu çıxarmaq əvəzinə, yaşadanlar var.

Əlbəttə ki, cavabdeh qurumlar öz sözünü deməlidir. Təəssüf ki, belə məsələlərin üzərindən görməzdən gəlmə prinsipi ilə keçirlər. Rus və ingilis dillərini öyrənmək yaxşıdır. Amma uşağın formalaşma yaşı 3-7 arasıdır ki, öz dilində tərbiyə almalıdır.

Nağılları, şerləri öz dilində eşitməlidir. Bu mənada bağçaların doğma dilimizə önəm verməsinə böyük ehtiyac var. Bunu niyə eləmirlər, gərək məsələ araşdırılsın. Məhz hansı uşaq bağçalarında ana dilinə xor baxılır? Onlar üzə çıxarılsın və ictimailəşsin”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO