Qubanın Hacıhüseynli kənd sakini, 14 yaşlı Ayla Vəlixanovanın dəm qazından ölməsinin təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının ilkin araşdırması zamanı məlum olub ki, məktəbli qız yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından boğulub.
MÖVZU İLƏ BAĞLI:
Qubada yeniyetmə dəm qazından boğulub
Hamamda el arasında "pitiminutka" adlanan qızdırıcı cihaz olub. Hazırda Quba Rayon Prokurorluğunda məktəbli qızın ölümünün təfərrüatları araşdırılır. Meyit tibbi ekspertiza edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu