MSK sədri: “İndiyədək təqribən 780-ə yaxın beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”

MSK sədri: “İndiyədək təqribən 780-ə yaxın beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”

Hazırda oxunan: MSK sədri: “İndiyədək təqribən 780-ə yaxın beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”

176024

“İndiyədək təqribən 85 min yerli müşahidəçi, 780-ə yaxın beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Həmçinin "Associated Press", "BBC", "Al Jazeera", "Kyodo", "Nikkei", "ZDF", "DPA", "VPRO", "La Repubblica", "Trouw" ilə yanaşı, Türkiyə və Rusiyanın, eləcə də Yaponiya, İngiltərə, Almaniya, İtaliya və Niderlandın ümumilikdə 34 nüfuzlu media qurumlarından olan 80-dən artıq təmsilçisi seçkilərin işıqlandırılmasına qatılıb. Bu say günbəgün artmaqda davam edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 260-dan çox nümayəndəsi ikili qruplar şəklində səsvermə günü müşahidələr aparacaqlar: 

"Yanvar ayından onların uzunmüddətli müşahidəçiləri Azərbaycandadır. Həmin şəxslər demək olar ki, bütün məntəqə və dairələrdə olub, görüşlər keçiriblər. Bundan əlavə, ATƏT Parlament Assambleyasının nümayəndələri və MDB-nin müşahidə missiyası da səsverməni izləyəcəklər".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO