Tofiq Musayevdən saxlanılması ilə bağlı xəbərə REAKSİYA: “Bizi ləkələmək istəyirlər” - VİDEO

Tofiq Musayevdən saxlanılması ilə bağlı xəbərə REAKSİYA: “Bizi ləkələmək istəyirlər” - VİDEO

Hazırda oxunan: Tofiq Musayevdən saxlanılması ilə bağlı xəbərə REAKSİYA: “Bizi ləkələmək istəyirlər” - VİDEO

176012

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev xuliqanlıq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Baku TV-yə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xuliqanlıqda ittiham olunan tanınmış idmançılar həbs edilib - FOTO


“Yayılan xəbərlər boş-boş şeylərdir. Ölkənin bayrağını ucaldan, müharibədə can qoyan idmançılara hörmət etsinlər, biz bu millət üçün canımızdan, qanımızdan keçmişik. Bunlar deyəsən, bizi ləkələmək istəyirlər”, - deyə tanınmış idmançı bildirib.

Tofiq Musayev yayılan xəbərləri təkzib etsə də, Daxili İşlər Nazirliyindən (DİN) “Qafqazinfo”ya fakt təsdiq edilib. T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə dörd nəfər həbs olunub, iki nəfər barəsində digər qətimkan tədbirləri seçilib.

Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO