Bakıda Nobel prospektinə 8 Noyabr adı verildi

Bakıda Nobel prospektinə 8 Noyabr adı verildi

Hazırda oxunan: Bakıda Nobel prospektinə 8 Noyabr adı verildi

17601

Bakıda Nobel prospektinin 8 Noyabr adlandırılması barədə qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, müvafiq qərar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə verilib.

Qeyd edək ki, prospektin adının dəyişdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin Nobel prospektində  yerləşən Hərbi Qənimətlər Parkının açılışında iştirakı ilə üst-üstə düşüb.

Xatırladaq ki, Nobel prospekti Bakının ən uzun və ən vacib nəqliyyat arteriyalarından biridir. Bu yoldan çox sayda avtobus marşrutu keçir.

Prospekt şəhərin sənaye və yaşayış sahələrini mərkəzlə birləşdirir. Prospektin uzunluğu da artırılıb.

Prospekt Vətən Müharibəsində Qələbə Günü şərəfinə yeni adını alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO