XƏBƏRDARLIQ: Vətəndaşların “WhatsApp” hesabları ələ keçirilir

XƏBƏRDARLIQ: Vətəndaşların “WhatsApp” hesabları ələ keçirilir

Hazırda oxunan: XƏBƏRDARLIQ: Vətəndaşların “WhatsApp” hesabları ələ keçirilir

175980

Hazırda vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) 
Bizim.Media-ya verilən məlumata görə, quruma bununla bağlı son bir gün ərzində 1000-ə yaxın vətəndaş müraciəti daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ XƏBƏRDARLIQ: Azərbaycanda “WhatsApp+” istifadəçilərinin bank hesabı oğurlandı – FOTO  


ETX tərəfindən məsələnin araşdırılması məqsədilə “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır.

Araşdırma yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO