Avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qiymətləri və prosesi bu cür OLACAQ

Avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qiymətləri və prosesi bu cür OLACAQ

Hazırda oxunan: Avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qiymətləri və prosesi bu cür OLACAQ

175971

“Utilizasiya prosesi bütün dünyada baş verir. Azəbaycanda isə bu proses xeyli gecikib. Halbuki, bizdə avtomobil parkının 70-75 faizi köhnə və yararsız nəqliyyat vasitələridir. Bu da bir çox problemlərə səbəb olur. Belə ki, yanacağın sərfiyyatı artır, avtomobildən düzgün istifadə olunmur, onlardan havaya atılan tullantıların miqdarı artır və digər proseslər baş verir”.

Bu sözləri Bizim.Media-ya söyləyən nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov vurğuladı ki, bundan da dövlət əziyyət çəkir:

Onun sözlərinə görə, bu proses xarici ölkələrdə iki yerə bölünür:

“Birincisi, dövlət hesabına həyata keçirilir. Belə ki, müvafiq icra orqanı istifadə müddəti bitmiş və yararsız avtomobilləri vətəndaşdan alır və utilizasiya edir. İkincisi, fond yaradılır və müəyyən məbləğdə vəsait toplanır və bunun hesabına nəqliyyat vasitələri utilizasiya olunur. Ölkəmiz üçünsə məhz bu qayda məqsədə uyğundur və daha cəlbedicidir”.

Bəs, utilizasiya üçün təyin olunan məbləğlər sürücülər üçün münasibdir?

Müsahibimiz isə bu vəsaitlərin az olmadığını bildirdi:

“Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Amma burada kifəyət qədər ciddi rəqəmlərdən söhbət gedir. Avtomobil parkımızda hazırda 1 300 000-dən çox nəqliyyat vasitəsi var. Onların da 70-75 faizinin 10 yaşdan yuxarı olduğunu nəzərə alsaq, bunun da ciddi rəqəmlər olduğunu görərik”.

Onun sözlərinə görə, yaxın gələcəkdə utilizasiya mərhələli şəkildə həyata keçiriləcək:

“Yəni, bu o demək deyil ki, hamı qısa müddətdə avtomobil almalıdır. Əksinə, bu yanlış yanaşmadır. Yüksək məbləğ də təyin etmək olmur. Çünki, ümumi daxili məhsulla (ÜDM) bərabər, yaşayış meyarını da nəzərə almaq lazımdır. Bu baxımdan da qiymətlər normaldır və gələcəkdə də bu məbləğ öz səviyyəsində saxlanılacaq”.

Bəs, utilizasiya prosesi necə həyata keçiriləcək?

Bu prosesin icbari olacağını söyləyən ekspert fikrini belə əsaslandırdı ki, əgər vəsait ödənilməsə, nəqliyyat vasitəsi ilk növbədə qeydiyyata alınmayacaq:

“Üstəlik, həmin avtomobil texniki baxışdan keçə bilməyəcək və gələcəkdə digər funksiyaları icra etmək mümkün olmayacaq. Buna görə də proses könüllülükdən çıxacaq və icbari hal alacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqləndi. Qərara əsəsən, yaşı 4 ildən 7 ilədək olan minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı 400 manat məbləğində müəyyən edilib.
Avtomobilin yaşı 7 il və daha çox olarsa 700 manat ödəniləcək. Bundan başqa, “Yol hərəkəti qaydaları” haqqında AR Qanununun 27-ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitəsi hər dövlət texniki baxış zamanı istehsal ilinə görə fərqli vəsaitlər müəyyən olunur.

Qeyd edək ki, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği bu Əlavənin 1-ci hissəsində göstərilən müvafiq güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir. 

Rövşən Ziya, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO