Əcnəbilərin azərbaycanlı uşaqla şəkil çəkdirməsi hansı məsuliyyəti yaradır? – Hüquqşünasdan İZAH 

Əcnəbilərin azərbaycanlı uşaqla şəkil çəkdirməsi hansı məsuliyyəti yaradır? – Hüquqşünasdan İZAH 

Hazırda oxunan: Əcnəbilərin azərbaycanlı uşaqla şəkil çəkdirməsi hansı məsuliyyəti yaradır? – Hüquqşünasdan İZAH 

175912

Xəbər verdiyimiz kimi, Dubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdikləri üçün həbs edilib. Yayılan məlumata görə, azərbaycanlılar qeyri-etik ifadələr işlədərək qarşı tərəfə "neqr" deyib. Elə bundan sonra durum ciddiləşib və qaradərili uşaqla rəftarlarına görə iki soydaşımız cəzalanıb.

Maraqlıdır, analoji hadisənin əksi ölkəmizdə baş verərsə, yəni əcnəbilər azərbaycanlılara qarşı eyni hərəkəti sərgiləmiş olsalar, bu hansı məsuliyyət yaradır?

Hüquqşünas Turan Abdullazadə Bizim.Media-ya açıqlamasında sözügedən əmələ görə qanunvericilikdə nəzərdə tutulan müddəalardan söz açıb:

“Qanunvericiliyə əsasən, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər. Cinayət Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma— min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Həmin Məcəllənin 283.1-ci maddəsinə əsasən, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə — 8 min manatdan 12  min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, eləcə də  iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünas qeyd edib ki, əgər hər hansı bir əcnəbi yerli vətəndaşa qarşı yaxud vətəndaş əcnəbiyə qarşı açıq-aşkar alçaldıcı hərəkət edərsə, buna görə məsuliyyətə cəlb oluna bilər:

“Heç bir qanunsuz niyyət güdmədən azyaşlının valideyninin icazəsi və ya uşağın iradəsi ilə onunla şəkil çəkdirmək məsuliyyətə səbəb olmur. Lakin unutmamaq lazımdır ki, Konstitusiyamıza əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Bu şəxsi həyatın toxunulmazlığı hüququnu pozmadır.

Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən,  şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO