Nazim İbrahimovun qardaşı 10 nəfərin ölümünə görə HƏBS OLUNDU

Nazim İbrahimovun qardaşı 10 nəfərin ölümünə görə HƏBS OLUNDU

Hazırda oxunan: Nazim İbrahimovun qardaşı 10 nəfərin ölümünə görə HƏBS OLUNDU

175835

Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

Bizim.Media xəbər verir ki, həbs olunanlardan Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Binəqədidə baş vermiş partlayışla bağlı 2 nəfər HƏBS OLUNDU


Maraqlıdır ki, partlayışdan sonra Hacı İbrahim Nehrəmli mətbuata açıqlamasında mebel sexinin qardaşına məxsus olduğunu desə də, Tağı İbrahimov bu fikirləri təkzib etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO