Bakıda ana 4 qızı ilə sığınacağa YERLƏŞDİRİLDİ - FOTOFAKT

Bakıda ana 4 qızı ilə sığınacağa YERLƏŞDİRİLDİ - FOTOFAKT

Hazırda oxunan: Bakıda ana 4 qızı ilə sığınacağa YERLƏŞDİRİLDİ - FOTOFAKT

175825

Ana 4 qızı ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. 

Bu barədə Bizim.Media-ya Birliyin rəhbəri Mehriban Zeynalova mlumat verib.

Onun sözlərinə görə Saatlıdan gələn ananın sosial durumu çətin olduğundan övladları ilə birgə sığınacağa müraciət edib:

“Qadının sözlərinə görə qayınana evində yaşayıblar. Sosial yaşayışları çətindir. Həyat yoldaşı iş axtarmaq üçün yola çıxıblar. Ana və 4 qız uşağını (6 aylıq, 9 yaş, 10 yaş, 11 yaş) müvəqqəti olaraq sığınacağımıza yerləşdirdik. Bildiyim qədər həyat yoldaşına İmişli rayonunda iş yeri deyilib”.
Qeyd edək ki, sözügedən ananın 3 qızı təhsildən yayınıb və ümumiyyətlə məktəbə getməyiblər. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO