Laçına ilin ilk köçü: Daha 23 ailə doğma yurduna qayıtdı - FOTO

Laçına ilin ilk köçü: Daha 23 ailə doğma yurduna qayıtdı - FOTO

Hazırda oxunan: Laçına ilin ilk köçü: Daha 23 ailə doğma yurduna qayıtdı - FOTO

175811

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna cari ilin ilk köç prosesi həyata keçirilib. Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar. 

Bizim.Media xəbər verir ki, Laçın şəhəri bu dəfə 23 ailəyə qucaq açıb, daha 72 laçınlının yurd həsrəti bitib. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar və Laçın şəhərinin gözəl mənzərəsini seyr ediblər. 

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin olunub. 
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimiz tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO