Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları 6 tüfəng aşkarlanaraq götürülüb.
Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində isə 1 odlu silah könüllü olaraq polisə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:35 / 29.01.2024
Qəbələdə vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar GÖTÜRÜLDÜ - FOTO
Hazırda oxunan: Qəbələdə vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar GÖTÜRÜLDÜ - FOTO
Hazırda oxunan: Qəbələdə vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar GÖTÜRÜLDÜ - FOTO
175666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.