Sığınacağa yerləşdirilən əcnəbi dayəyə Bakıda 1500 dollar maaşla İŞ TAPILDI 

Sığınacağa yerləşdirilən əcnəbi dayəyə Bakıda 1500 dollar maaşla İŞ TAPILDI 

Hazırda oxunan: Sığınacağa yerləşdirilən əcnəbi dayəyə Bakıda 1500 dollar maaşla İŞ TAPILDI 

175655

Xəbər verdiyimiz kimi Azərbaycanda dayə olaraq iş təklifi alan afrikalı xanım,gəldikdən sonra problemlə üzləşmişdi. Onu dəvət edən şəxs artıq dayəyə ehtiyaclarının olmadığını bildirərək, təklifdən imtina etmişdi. Xanım bir müddətdir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Biliyinin sığınacağına yerləşdirilmişdi.

Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb. Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. 

Bizim.Media xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün Facebook hesabında bildirib.

Onun sözlərinə görə xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcək və dayə də onlarla birlikdə gedəcək.
Mehriban Zeynalova həmçinin qeyd edib ki, xarici vətəndaş sığınacağa daxil olduğu gündən bütün dövlət qurumları məlumatlandırıb və dövlət nəzarətindədir.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO