BİZİM TƏQVİM: 30 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 30 yanvarda baş vermiş tarixi hadisələr

175652

30 yanvar 1992-ci ildə Azərbaycanda ilk dəfə müstəqil Dövlət Gömrük Komitəsi yaradılıb. Komitənin vəzifələri gömrük işini təşkil etmək və onu təkmilləşdirmək, gömrük siyasətini həyata keçirmək, ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq, gömrük ərazisinin vahidliyini təmin etmək, gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etməkdir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla hər il yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edilib.

Bəs, yanvarın 30-da dünyada daha hansı hadisələr baş verib?

1.  30 yanvar 1649-cu ildə İngiltərə kralı Birinci Karl Stüart edam edilib.

2.  1806-cı ilin 30 yanvarında knyaz Sisianov 1663 nəfər nəfərlik piyada qoşunu və 10 top ilə Bakıya çatır. O, Naxər bulağı yaxınlığında (sonralar Petrapet – indiki Fəvvarələr meydanı) düşərgə salır.

3.  30 yanvar 1919-cu ildə erməni silahlı dəstələri Kəvər mahalının Bığlı, Əfəndi, Hacı, Muğan, Əyrivənd, Ağzıbir kənlərinə hücum edir. Didərgin düşən əhali Ağmandan dağının yuxarı hissəsində mühasirədə saxlanılır, nəticə 3000 sakin donaraq məhv olur.

4. 1919-cu ilin 30 yanvarında “10-lar Şurası”-nın iclasında ABŞ prezidenti V.Vilsonun təklifi ilə qərara alınır ki, fevralın 28-də ermənilər “10-lar Şurası”nın iclasında “dənizdən dənizə Böyük Ermənistan yaratmaq” proqramı ilə çıxış etsinlər. ABŞ prezidenti V.Vilson bütün Sülh konfransı boyu ermənilərin müdafiəçisi kimi çıxış edir. Hücum zamanı ermənilər Əfəndi kənd sakini İbrahim Hacıhüseynoğlunun gözləri çıxardandan sonra onu diri-diri yandırırlar.

5. 30 yanvar 1920-ci ildə erməni terrorçuları Uluxanlı dəmiryol stansiyasında azərbaycanlı qaçqınları daşıyan qatara hücum edirlər. 1 nəfər qətlə yetirilir, 12 nəfər girov götürülür, 85 nəfər isə qarət olunur. 

6. 1933-cü ilin 30 yanvarında Adolf Hitler Almaniyanın kansleri seçilib. 

7. 30 yanvar 1943-cü ildə İngiltərənin baş naziri Uinston Çörçil  Kazablanka Konfransından sonra Türkiyənin dövlət başçısı İsmət İnönü ilə görüşmək üçün Türkiyəyə gəldi. Adanada reallaşan görüşdə Çörçil İnönüdən Balkanlarda faşistlərə qarşı ikinci cəbhə açmaq üçün Türkiyənin də müharibəyə qatılmasını istədi. İsmət İnönü bu tələbi Türkiyə ordusunun döyüşə hələ hazır olmadığını bildirərək rədd etdi.

8. 1948-ci ilin 30 yanvarında 15 yaşlı məktəbli Riçard Skrenta ilk kompüter virusunu yazıb.

9. 30 yanvar 1990-ci ildə 1947-ci ildə Gədəbəy rayonunun İsalı kəndində doğulan Əkbər Məmməd oğlu Qurbanov öz maşınında 6 nəfər Gədəbəy rayon sakini olan rabitə işçiləri (1936-cı ildə Mutudərə kəndində doğulmuş Əsgər Xəlil oğlu Cəlilov, 1938-ci ildə Cücənli kəndində doğulmuş Arif İslam oğlu Zeynalov, 1961-ci ildə Fərzalı kəndində doğulmuş Məhər Seyfulla oğlu Vəliyev, 15 oktyabr 1953-cü ildə İsalı kəndində doğulan İbrahim Rəsul oğlu Hüseynov, 1946-cı ildə Fərzalı kəndində doğulmuş Fərhad Məhəmməd oğlu Mirzəliyev, 1915-ci ildə Göyəlli kəndində anadan olan Hüseyn Səməd oğlu Cəfərov) ilə rayon mərkəzi bankından təqaüdçülərin pulunu alıb, geri qayıdarkən Şınıx bölgəsində, könhə Başkənd yaşayış məntəqəsi yaxınlığında əlisilahlı erməni terrorçularının qəfil hücumuna məruz qalır.

Hücum nəticəsində Əkbər Qurbanov, Əsgər Cəlilov, Arif Zeynalov, Məhər Vəliyev, İbrahim Hüseynov, Fərhad Mirzəyev ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Hüseyn Cəfərov itkin düşür. Cəsədlər eybəcər hala salınmış vəziyyətdə tapılır. 

10. 30 yanvar 1992-ci ildə Azərbaycan ATƏM-ə üzv qəbul edilib.

11. 1992-ci ilin 30 yanvarında  “Mİ-8” həörbi vertolyotundan Xocalı-Şuşa istiqamətindəki yaşayış məntəqələrinə üstündə “Böyük Ermənistan” xəritəsi cızılmış vərəqələr atılır.

12. 30 yanvar 1992-ci ildə erməni yaraqlıları Ağdam rayonunun Papravənd kəndinə silahlı basqın edirlər.

Yanvarın 30-da bu şəxslər xatırlanır:

1. 30 yanvar 1920-ci ildə Əməkdar incəsənət xadimi, kinooperator Teyyub Axundov (1920 – 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.

2. 30 yanvar 1935-ci ildə Əməkdar rəssam Gennadi Brijatyuk (1935 – 11.6.2008) Gəncə şəhərində anadan olub. Yaradıcılığında gül təsvirləri, Abşeronla bağlı peyzajlar, qadın portretləri daha çox yer tutur.

3. 30 yanvar 1936-cı ildə Əməkdar rəssam Əli Verdiyev (1936 – 8.5.2020) anadan olub. Portret, mənzərə, natürmort və digər janrlarda əsərlərin, çoxfiqurlu tabloların müəllifidir: “Babəkin savaşı”, “Hüseyn Cavid”, “Qızıl toy” və s.

4. 30 yanvar 1936-cı ildə Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Dadaşzadə (1936 – 4.11.1990) anadan olub.

5. 30 yanvar 1948-ci ildə  Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Əhədzadə (1948 – 8.10.2010) dünyaya gəlib. Akademik Musiqili Teatrda, Mahnı Teatrında çalışıb.

6. 30 yanvar 1943-cü ildə tanınmış aktyor Ələsgər İbrahimov (1943 – 10.3.1983) anadan olub. “İnsan məskən salır”, “Yeddi oğul istərəm”, “Torpaq. Dəniz. Od. Səma” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO