Dənizkənarı Bulvar İdarəsinə sədr təyin olunan Xanlar Ağalarov KİMDİR? – DOSYE 

Dənizkənarı Bulvar İdarəsinə sədr təyin olunan Xanlar Ağalarov KİMDİR? – DOSYE 

Hazırda oxunan: Dənizkənarı Bulvar İdarəsinə sədr təyin olunan Xanlar Ağalarov KİMDİR? – DOSYE 

175629

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Bizim.Media Xanlar Ağalarovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Dənizkənarı Bulvar İdarəsinə yeni sədr təyin edildi - SƏRƏNCAM


Xanlar Ağalarov 2010-cu ildə Prezident təaüdünə layiq görülüb.

O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.

Eyni zamanda o, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.

Xanlar Ağalarov əvvəlki illərdə Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

O, 2023-cü il martın 1-də Azərbaycanın mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli tərəfindən nazirliyin Aparat rəhbəri təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO