Füzulidə daha 27 ailəyə mənzillərinin açarları təhvil verildi – YENİLƏNİB/FOTO 

Füzulidə daha 27 ailəyə mənzillərinin açarları təhvil verildi – YENİLƏNİB/FOTO 

Hazırda oxunan: Füzulidə daha 27 ailəyə mənzillərinin açarları təhvil verildi – YENİLƏNİB/FOTO 

175582

Bu gün Füzuliyə çatan ailələrə mənzillərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 

Onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub. 

Açarların təqdim edilməsi mərasimində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. 

Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

Bununla da Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. 
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. 
 
*** 12:12

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan növbəti köç karvanı ilə yola salınan ailələr Füzuli şəhərinə çatıblar. 

Bizim.Media xəbər verir ki, Qarabağın dilbər guşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü


Bu gün 27 ailə olmaqla, 115 nəfər Füzuli sakini öz yurduna qovuşub. 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO