Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında gecikmə qeydə alındığı barədə xəbər vermişdik. Bu barədə sərnişinlərdən biri məlumat verib. Dediyinə görə qatar Biləcəri yaxınlığında yolda dayanıb. Qatarın hansı səbəbdən dayandığı sərnişinlərə elan edilməyib və nəticədə 20 dəqiqədən çox gecikmənin olduğu iddia edilib.
Məsələ ilə bağlı "Azəbaycan Dəmir Yolları" QSC-nin rəsmisi Sənubər Nəzərova Bizim.Media-ya açıqlamasında Sumqayıt-Bakı qatarında gecikmənin olmadığını bildirib:
MÖVZU İLƏ BAĞLI:
Bakı-Sumqayıt qatarı növbəti dəfə yolda QALDI - FOTO
“Qatarın 20 dəqiqə gecikməsi xəbəri həqiqətəuyğun deyil. Qatarın dayanmasına səbəb rabitə və işarəvermə qurğularında yaranan bir neçə dəqiqəlik nasazlıq olub. Belə ki, işıqfor 3-4 dəqiqə qırmızı işığı göstərdiyindən qatar dayanmalı olub. Cəmi 4 dəqiqə sonra isə hərəkətini davam etdirib”, - deyə o, əlavə edib.
Bizim.Media