İş adamının oğlu faciəvi şəkildə öldü

İş adamının oğlu faciəvi şəkildə öldü

Hazırda oxunan: İş adamının oğlu faciəvi şəkildə öldü

175530

İmişli rayonunda 30 yaşlı biznesmenin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun Ağaməmmədli kənd sakini, 1994-cü il təvəllüdlü Elşad Astanov Sarısu gölündə ovda olarkən qayıq çevrilib.

Nəticədə Elşad və onun 2 dostu gölə düşüblər. Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə onlar sudan çıxarılıblar. Lakin soyuq suda şok keçirən Elşad vəfat edib.
Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış biznesmen olub.

Onun atası Şükür Astanov regional yol istismar idarəsinin uzun müddət rəisi olub. Elşad son vaxtlar atasına məxsus asfalt zavodunu və digər obyektləri idarə edirmiş.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO