"TikTok"dan qazanılan pullar - VİDEO

Hazırda oxunan: "TikTok"dan qazanılan pullar - VİDEO

175431

Dəyəri minlərlə manat olar hədiyyələr, “TikTok”dan qazanılan dəbdəli həyat.

Bəs bu gəlirin mənbəyi nədir?. Nəzərə alsaq ki, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanıldı. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olundu, əmlakları müsadirə edildi və 16-sı həbs edildi.

Bizim.Media xəbər verir ki, Azərbaycanda da “TikTok” sosial şəbəkəsində hərgün canlı açaraq hədiyələrə boğulan fenomenlər az deyil.

Hətta çox zaman özləri də açıq şəkildə qazanclarını dilə gətirirlər. Bütün bunlar bloqerlərin çirkli pulların yuyulmasında iştirak edib-etməməsini aktuallaşdırır. 

Hüquqşünas Şamil Paşayev bildirib ki, sözügedən platformalarla bağlı ən böyük problemlərdən biri də bu şəxslərin vergi ödəyicisi olmamalarıdır. Lakin reallıq budur ki, heçbir rəsmi işi olmayan, sadəcə “TikTok da məşhurlaşıb hədiyyələrlə gəlirini artıran şəxslərin sayı günü-gündən artır.

Qanunvericiliklə isə çirkli pulların leqallaşdırılması cinayət hesab edilir və bu məbləğ 50 min manatdan çox olduğu halda həmin şəxsi 7-12 il cəza gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO