Zaqatalada Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı KEÇİRİLİR - FOTO

Zaqatalada Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Zaqatalada Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı KEÇİRİLİR - FOTO

175385

Azərbaycan Arıçılar Assosiasiyasıının təşkilatçılığı ilə Zaqatalada Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı start götürüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təşkil edilən konfransda ölkənin bütün rayonlarından eləcə də Türkiyə, Rusiya, Ukrayna, Amerika, Yaponiya, Çin və Gürcüstandan gələn arıçılıq təsərrüfatlarının rəhbərləri və elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşüb.

Beynəlxalq Arıçılar konfransının əsas məqsədi arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.

Beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov bildirib ki, artıq arıçıların belə görüşləri ənənə halını alıb.

Üç gün davam edəcək Beynəlxalq konfransda elm adamları və arıçılar “Çiçək tozu onun yığılmssı və emalı”, “Arıxananı effektiv idarəetməyin qaydaları”, “Qafqazda balın keyfiyyəti və kəmiyyətinə təsir edən əsas amillər”, “İqlim dəyişikliiyi, arı və arıçılığın buna uyğunlaşması” mövzularında müzakirələr aparacaq.
Konfransda həmçinin arı məhsullarının keyfiyyət və kəmiyyətinə görə onların qiymətləndirilməsi həyata keçiriləcək. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO