İndoneziya səfirinin Şəki TƏƏSSÜRATLARI – FOTO 

İndoneziya səfirinin Şəki TƏƏSSÜRATLARI – FOTO 

Hazırda oxunan: İndoneziya səfirinin Şəki TƏƏSSÜRATLARI – FOTO 

175330

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Şəki şəhərində səfərdə olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfər müddətində səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib. 

Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Bildirib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.

Səfir Hildi Hamid qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib. Qeyd edib ki, səfərlərinin əsas məqsədi Azərbaycanın regionlarında İndoneziyanı, bu ölkənin mədəniyyətini tanıtmaqdır.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO