Tətil günlərində müəllimlər məktəbə getməlidirmi? – AÇIQLAMA 

Tətil günlərində müəllimlər məktəbə getməlidirmi? – AÇIQLAMA 

Hazırda oxunan: Tətil günlərində müəllimlər məktəbə getməlidirmi? – AÇIQLAMA 

175320

“Bu gündən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayıb, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir və ikinci yarımilin ilk dərs günü 1 fevralda olacaq.

Müddətsiz müqavilə ilə işləyən bütün müəllimlər, sinif rəhbərləri, Uşaq Birliyi Təşkilatı Rəhbərləri (UBTR), psixoloq, kitabxana müdiri, laborantlar 29, 30, 31 yanvar tarixlərində işdə olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov tətilin müəllimlərə də şamil olunması məsələsinə aydınlıq gətirərkən deyib.

O, sosial şəbəkə hesabında müəllimlər üçün tətil anlayışının olmadığını qeyd edib.
“Müəllim və işçilər üçün iş günü olmayan günlər əmək məzuniyyəti dövrü, istirahət günləri, iş günü sayılmayan bayram günləri, Ümumxalq Hüzn günü və seçki günləridir. Tətil günlərində müəllimlərin iş saatının uçotu aparılır. 6 günlük iş rejimi ilə işləyən müəllimlər tətil günlərində 6 saat, 5 günlük iş rejimi ilə işləyən müəllimlər gündə 7 saat məktəbdə iş yerində olmalıdırlar”.

Ekspert saat hesabı işləyən müəllimlərdən başqa müddətli müqavilə ilə işləyən müəllimlərin də tətil günləri məktəbə getməli olduqlarını bildirib.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.



Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO