Xızı polisindən ƏMƏLİYYAT – Silah-sursat və narkotik AŞKARLANDI – FOTO 

Xızı polisindən ƏMƏLİYYAT – Silah-sursat və narkotik AŞKARLANDI – FOTO 

Hazırda oxunan: Xızı polisindən ƏMƏLİYYAT – Silah-sursat və narkotik AŞKARLANDI – FOTO 

175313

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş Mehrab Həmidli saxlanılıb. Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Xızı RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO