Tehrandakı səfirliyimizə terror hücumundan bir il ÖTÜR

Tehrandakı səfirliyimizə terror hücumundan bir il ÖTÜR

Hazırda oxunan: Tehrandakı səfirliyimizə terror hücumundan bir il ÖTÜR

175310

Bu gün Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək Səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməyib", - deyə vurğulanıb.

O da qeyd edilib ki, terror aktından sonra bir çox dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə diplomatik missiyalara hücumun qəbuledilməz olduğu, terror aktının qətiyyətlə pisləndiyi bəyanatlarla çıxış ediblər:

"Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik", -deyə bildirilib.

Qeyd edək ki, terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıblar. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO