Xəbər verdiyimiz kimi ötən gün klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib. Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb:
“Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:52 / 26.01.2024
Hüseynin ödənişli parkinqlə bağlı şikayətinə - AYNA-dan CAVAB
Hazırda oxunan: Hüseynin ödənişli parkinqlə bağlı şikayətinə - AYNA-dan CAVAB
Hazırda oxunan: Hüseynin ödənişli parkinqlə bağlı şikayətinə - AYNA-dan CAVAB
175263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.