ABŞ-da Aya uçuş üçün namizədlərdən birinin adı məlum olub. Bu azərbaycanlı, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.
Bizim.Media xəbər verir ki, 42 yaşlı Mirqədirov, Bakıda anadan olub. O, paytaxtdakı 45 nömrəli məktəbi bitirib və 1991-ci ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb.
MÖVZU İLƏ BAĞLI:
NASA Marsa getmək istəyənlərin qeydiyyatına başladı – Biletlər satılır
Ələkbər (Allen) burada San Diego Universitetində aerodinamikanın incəliklərini öyrənib. Daha sonra o, 10 ildən çox ABŞ Hava Qüvvələrində xidmət edib. Mirqədirov MARS-8 və SIRIUS-19 "ekspedisiyalarında" iştirak edib.
Ələkbər 2014-cü ildən bəri Marsa, 2019-cu ildən Aya uçuşa namizəddir.
Ədəbiyyatı sevən Mirqədirovun ən sevdiyi kitablar Yuri Qaqarinin kitabları və Molla Nəsrəddin lətifələridir.
Həmyerlimiz özünüz ilə hansı kitabları götürərdiniz sualına belə cavab verib:
"Lev Tolstoyun "Dirilmək", Azərbaycan mətbəxi haqqında bir yemək kitabı (əlbətdə ki,ən sevdiyim yeməyi Marsda bişirə bilməyəcəm, amma bu o demək deyil ki, bu barədə xəyal edə bilmərəm ...), Daniel Defonun "Robinzon Kruzo", A.S. Puşkinin əsərlərini və Molla Nəsrəddin lətifələr kitabını özümlə götürərdim”.
Bizim.Media