Dəm qazından ölən qardaşlar: Biri tələbə idi, digəri üç ay öncə evlənmişdi - FOTO 

Dəm qazından ölən qardaşlar: Biri tələbə idi, digəri üç ay öncə evlənmişdi - FOTO 

Hazırda oxunan: Dəm qazından ölən qardaşlar: Biri tələbə idi, digəri üç ay öncə evlənmişdi - FOTO 

175202

ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi digər təfərrüatı da ortaya çıxarıb. 

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb. 
 

MÖVZU İLƏ BAĞLI:

ADA-ya 696 balla qəbul olmuşdu - Faciəvi şəkildə ÖLDÜ 


Əldə olunan məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənib. 

Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü olub. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. 

S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirib.  

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO