Ermənistan Şuşa meşələrini fosforlu bombalarla yandırır

Ermənistan Şuşa meşələrini fosforlu bombalarla yandırır

Hazırda oxunan: Ermənistan Şuşa meşələrini fosforlu bombalarla yandırır

1752

"Ermənistan bilərəkdən Şuşa meşələrini yandırır. Bununla da Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurur, yeni növ cinayətlərə əl atır.

Bu sözləri Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun fikrincə, Şuşa meşələrinə zəhərli və söndürülməsi çox çətin olan maddələrlə od vurulması təcavüzkar rejimin insanlığa zidd, qəddar xislətini bir daha nümayiş etdirir.

Hikmət Əlizadə bildirir ki, ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

Nazirlik rəsmisi bu cinayət aktının qarşısının alınması, və  ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO