Ağsuluların YOL DƏRDİ – Problem nə vaxt həllini TAPACAQ? – FOTO 

Ağsuluların YOL DƏRDİ – Problem nə vaxt həllini TAPACAQ? – FOTO 

Hazırda oxunan: Ağsuluların YOL DƏRDİ – Problem nə vaxt həllini TAPACAQ? – FOTO 

175192

Ağsunun Cəfərli kəndinin əhalisi getdikcə azalır, sakinlər kəndi tərk edirlər. Əsas səbəblərdən biri də məhz yol problemidir.

Uzun illərdir sakinlər aralarında pul toplayaraq yollara çınqıl tökdürür, müvəqqəti də olsa, özlərinə yol açırlar. Yenə də xeyri olmur ki, olmur. 

Çarə qalıb uzunboğaz çəkmələrin ümidinə...

Sözügedən problemlə bağlı Bizim.Media-nın Aran bürosuna kənd sakinləri məlumat veriblər. 

Kənd əhalisi orta hesabla 500 nəfərdən ibarətdir. Kəndin əsas yolunda asfalt örtüyü əla vəziyyətdədir, amma kəndin içərisinə doğru ümumi uzunluğu 2 km olan yol isə bərbad durumdadır. 


Kənd sakini Mahir İbrahimov problemdən narahatlığını ifadə edib: 

“Kənd içində yollarımız çox pisdir, bərbad vəziyyətdədir. Mən “sapok”la (uzunboğaz çəkmə - red.) gəzirəm, ayaqqabıyla gəzmək olmur. Kəndin girişinin dayanacağı yoxdur, yağışlı, qarlı havada islana-islana marşrut gözləyirik.”

Digər kənd sakini Ağasəf Paşayev isə bildirir ki, hal-hazırda kənddə 110 ev var: 

“Lakin alilərdən 60-ı köçüb gedib. Şəraitin olmaması ucbatından çox adam burada yaşayışa üstünlük vermir. Nə çəkilibsə, nə iş görülübsə, hamısı kəndin camaatının hesabına olub”.


Kənd sakini Samran Mahiroğlu da vəziyyətdən şikayətçidir:

“Məktəbə, qəbiristanlığa getmək olmur. Bir az yağıntı olan kimi hər tərəf gölməçəyə və palçığa çevrilir. Ən çox əziyyət isə yaşlıların və uşaqların üzərinə düşür”.

Məsələ ilə bağlı ilk olaraq kənd bələdiyəsinə müraciət etdik. Amma bələdiyyə sədrini yerində tapa bilmədik, sonradan məlum oldu ki, kənddə heç bələdiyyə binası da yoxdur. Cəfərlinin daxil olduğu Kəndoba kənd icra nümayəndəliyinin sədri Möhübbət Mədətova müraciət edərək, suallarımıza cavab axtardıq. 


Kənd icra nümayəndəsi dövlətlə kəndin imkanlı şəxsləri arasında körpü rolunu oynayaraq onların hesabına bir neçə dəfə yola daş-çınqıl tökdürdüklərini bildirib:

“Hər il camaatın hesabına bu yollar çəkilir. Allah köməkləri olsun, imkanlı şəxslər bizə kömək edirlər. Biz də bu yollara çınqıl-daş tökürük, hamarlayırıq. Havalar yağışlı oldu deyə bu iş dayandırıldı, havalar imkan verən kimi yenə çınqıl tökəcəyik, yolları hamarlayacağıq”.

Yolun nə zaman əsaslı təmir olunacağı ilə bağlı sualımız isə cavabsız qalıb.  

Mövzu diqqətdə saxlayacağıq.


















Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO