Ötən il 58 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub - RƏSMİ 

Ötən il 58 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub - RƏSMİ 

Hazırda oxunan: Ötən il 58 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub - RƏSMİ 

175175

2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub. 

Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışında deyib. 

Baş prokuror bildirib ki, 58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub. Əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Baş prokuror, həmçinin qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO