1700-ə yaxın əlilliyi olan şəxsə evlərində səyyar reabilitasiya xidmətləri göstərilib

1700-ə yaxın əlilliyi olan şəxsə evlərində səyyar reabilitasiya xidmətləri göstərilib

Hazırda oxunan: 1700-ə yaxın əlilliyi olan şəxsə evlərində səyyar reabilitasiya xidmətləri göstərilib

175147

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxsləri yaşadıqları ünvanlarda da (səyyar) reabilitasiya xidmətləri ilə təmin edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, qurum tərəfindən 2022-ci ildən bu sahədə xidmətlərə başlanılıb. 

Bu ilin əvvəlinədək əlilliyi olan 1700-ə yaxın şəxsə yaşadıqları ünvanlarda reabilitasiya xidmətləri göstərilib.

Səyyar xidmətlərdən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin "142 Çağrı mərkəzi"nə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.

Müraciətə əsasən agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası şəxsin yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirməsini aparır.

Şəxsin faktiki vəziyyəti səyyar xidmətlər üçün uyğun olduğu halda icra olunacaq prosedurların tarixi, sayı və müddəti müəyyən olunaraq ona fərdi reabilitasiya proqramı əsasında səyyar reabilitasiya xidmətlərinin göstərilməsinə başlanır. Həmin xidmətlərə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. daxildir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO