Azərbaycanda İLK – Heç bir kəsik olmadan ürəyin aorta damarının dəyişdirilməsi İCRA EDİLDİ – FOTO 

Azərbaycanda İLK – Heç bir kəsik olmadan ürəyin aorta damarının dəyişdirilməsi İCRA EDİLDİ – FOTO 

Hazırda oxunan: Azərbaycanda İLK – Heç bir kəsik olmadan ürəyin aorta damarının dəyişdirilməsi İCRA EDİLDİ – FOTO 

175090

Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatı icra edilib. 

Bizim.Media xəbər verir ki, uğurlu əməliyyat isə Yeni Klinikanın Ürək-damar Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov tərəfindən 74 yaşlı qadın xəstə üzərində icra edilib. Stasionar müalicəsi davam edən xəstə bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq.

Daha öncə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində mövcud olmayan bu prosedur icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə peşəkar Ürək-damar Mərkəzinin, konkret desək kardioloq Qalib İmanovun komandası tərəfindən həyata keçirilib.

Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir.
Xəstə üçün üstünlüyü 24/48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir. Daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra oluna bilər.

Qeyd edək ki, özəl tibb müəssisələrində dəyəri 35-40 min AZN arasında dəyişən TAVİ əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tam ödənişsiz icra edilir.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO