Bu gün Bakı – Tbilisi hava limanında hava şəraiti yaxşılaşdığı üçün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysinin sərnişinləri yerli vaxtla 12:39-da təyinat məntəqəsinə yola düşüblər.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarını verib. Buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (qatı duman) idi. Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
12:33
“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.
Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:21 / 25.01.2024
AZAL-ın geri qayıdan təyyarəsi yola düşdü - YENİLƏNİB
Hazırda oxunan: AZAL-ın geri qayıdan təyyarəsi yola düşdü - YENİLƏNİB
Hazırda oxunan: AZAL-ın geri qayıdan təyyarəsi yola düşdü - YENİLƏNİB
175037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.