2023-cü ildə 141 uşaq övladlığa VERİLİB – RƏSMİ 

2023-cü ildə 141 uşaq övladlığa VERİLİB – RƏSMİ 

Hazırda oxunan: 2023-cü ildə 141 uşaq övladlığa VERİLİB – RƏSMİ 

175023

"1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır”. 

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.

"2023-cü ildə övladlığagötürmə ilə bağlı müraciət sayı 353-ə bərabər olub. Övladlığagötürmə ilə bağlı aparılan monitorinq sayı isə 1145 olub. Övladlığagötürülən uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb. Ümumilikdə, ötən il ərzində 197 uşaq ailə himayəsinə qaytarılıb”, - deyə qurumun sədri əlavə edib. 

Onun sözlərinə görə paralel olaraq “Himayədar ailə” qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib.

Vüqar Behbudov həmçinin vurğulayıb ki, sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib.

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO