"Türkiyə və Gürcüstan Azərbaycanın bu məsələdəki mövqeyini dəstəkləyibmi?"

Hazırda oxunan: "Türkiyə və Gürcüstan Azərbaycanın bu məsələdəki mövqeyini dəstəkləyibmi?"

175013
“Borçalı”x9d Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Moderator.az-a açıqlamasında Azərbaycan xalqının başına gətirilən soyqırımlarını beynəlxalq aləmdə tanıtmağın düzgün və effektiv vasitələrini şərh edib.xa0

Onun sözlərinə görə, Azərbaycan bu soyqırımlarını beynəlxalq aləmdə tanıtmaq üçün ilk növbədə dost dövlətlərinin dəstəyini almalı, habelə demokratik dəyərlərə daha böyük ehtiram sərgiləməlidir:

“Son əsrlərin ən böyük soyqırımlarından biri Xocalıda törədilib. Təəssüf ki, Azərbaycanda Xocalı soyqırımı da kampaniya xarakteri daşıyır. Biz özümüz-özümüz üçün danışırıq. Təbii, müəyyn müsbət təşəbbüslər var. Lakin bir çox hallarda biz özümüz-özümüz üçün təbliğat aparırıq. Öncə baxmaq lazmdır ki, Azərbaycan parlamenti Xocalı soyqırımı ilə bağlı hansı siyasi iradəni nümayiş etdirib? Türkiyə və Gürcüstan dost dövlətlər kimi Azərbaycanın bu məsələdəki mövqeyini dəstəkləyibmi? Çünki birinci növbədə dostlar sənin yanında olmalıdır. Ikincisi, Avropa dövlətləri, Avropa Birliyi, Avropa Şurası, ATƏT, BMT səviyyəsində fərqli dividentlər əldə etməlisən. Bu isə o zaman mümkün olur ki, hakimiyyət demokratiyaya, insan haqlarına o qədər sayqılı olur ki, onun qaldırdığı iddiaları digər bir tərəf qəbul etsin. Lakin Azərbaycanda təəssüflər ki, bununla öyünə bilmirik. Bu səbəbdən də Azərbaycanın qaldırdığı məsələlər bir çox hallarda kağız parçası kimi kənara atılır”x9d.

Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO