Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Ağdama səfərləri davam edir.
Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.
Nümayəndə heyətlərinin üzvləri ermənilərin məsciddə törətdikləri vandallığın şahidi olublar.
***
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilən Baş Qərvənd kəndində düşmənin qurduğu postlar barədə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
İƏT nümayəndələri ermənilərin donuz saxladığı İmarətdə - VİDEO
Qeyd olunub ki, ermənilər həmin ərazidə beş səddən ibarət istehkamlar qurublar. Burada düşmənin mifləşdirdiyi “Ohanyan səddi” olub.
Qeyd edək ki, “Ohanyan səddi” 44 günlük Vətən müharibəsinin ilk günlərində mühəndis qoşunlarımızın hissə və bölmələri tərəfindən qısa müddətdə yarılıb.
Azərbaycan Ordusu partlayan və partlamayan maneələrlə kombinə edilmiş bir neçə yaruslu müdafiə sisteminin yarılması və qoşunların hərəkətinin təmin olunması tapşırığını uğurla yerinə yetiriblər.
Ermənilərin özü-özlüyündə keçilməsini mümkünsüz hesab etdiyi maneələr sistemi mühəndis qoşunlarımızın yüksək döyüş hazırlığı və müasir silahlarla komplektləşməsi sayəsində peşəkarlıqla dəf edilib.
Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.
Bizim.Media