“Sehirli xalat”ın Rəşidi vəfat ETDİ 

“Sehirli xalat”ın Rəşidi vəfat ETDİ 

Hazırda oxunan: “Sehirli xalat”ın Rəşidi vəfat ETDİ 

174927

“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov sosial şəbəkədə məlumat yayıb. 

O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) dünyasını dəyişib. 

Qeyd edək ki, A.Qurbanov sözügedən filmdə Rəşid obrazını canlandırıb. 

Əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb. Azərbaycan dilində demək olar ki, danışa bilməyib. O, 8 il Moskvada oxuyub. Sankt-Peterburqda, Odessada yaşayıb.
Bakıda cəmi on il yaşayan Azər Qarabağ münaqişəsi başlananda, yenidənqurma vaxtı dostlarının dəvəti ilə ABŞ-a gedir. Ancaq qısa müddətlik səfər Azərin bütün həyatını dəyişir. Ailədə iki qardaş bir bacı olan anası da Azərin sonradan onun yanına köçür. Qardaşı və bacısı isə Bakıda qalmağa üstünlük verirlər. 2012-ci ildə onun anası ABŞ-da dünyasını dəyişir və orada dəfn olunur. 1983-cü ildə elə Amerikada ailə həyatı quran Azərin bir oğlu dünyaya gəlir. ABŞ-da şəxsi bizneslə məşğul olan Azər internet üzərindən onlayn satışla məşğul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO