Füzuli rayonundan Şuşa şəhərinə çəkilən Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
AAYDA sürücülərə yollarda diqqətli olmağı və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir.
Bizim.Media