Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO 

Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO 

Hazırda oxunan: Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim olundu – YENİLƏNİB/FOTO 

174838

Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərinin açarları təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Füzuliyə qayıdan keçmiş məcburi köçkünlər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. 

Ailələr qarşılandıqdan sonra onlara mənzillərinin açarları təqdim olunub. 

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər. 

Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

Bununla da Füzuli şəhərində 470 ailə olmaqla, 1750 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. 

*** 

Füzuli şəhərinə növbəti köç həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr artıq işğaldan azad olunan Füzuliyə çatıb. 

Bizim.Media xəbər verir ki, bu gün 30 ailə olmaqla, 125 nəfər Füzuli sakini öz yurduna qovuşub. 

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurda qovuşmağın sevinc hisslərini yaşayıblar. 

*** 08:20

Yanvarın 24-də Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 30 ailə (125 nəfər) köçürülüb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, indiyədək Füzuli şəhərində 470 ailənin (1750 nəfər) daimi məskunlaşması təmin edilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO