Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini və onun nəzdində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qonaqlara Müdafiə Nazirliyinin strukturuna daxil olan təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti arasında keçirilən görüşdə dövlətimizin başçısının hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğısından, Azərbaycan Ordusunda bu sahədə aparılan islahatlar, eləcə də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışılıb.
Azərbaycan Prezidentinin müvafiq Fərmanı və Sərəncamı ilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaradılan xüsusi təyinatlı hərbi kolleclərin əhəmiyyəti, eləcə də hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin gənclərin hərbi xidmətə marağının əhəmiyyətli dərəcədə artmasına imkan verəcəyi qeyd olunub.
Görüşdə iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Təhsil müəssisələrini ziyarət edən professor E.Afyoncu xatirə kitablarına ürək sözlərini yazıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:17 / 24.01.2024
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasında görülən işlərdən danışıldı - FOTO
Hazırda oxunan: Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasında görülən işlərdən danışıldı - FOTO
Hazırda oxunan: Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasında görülən işlərdən danışıldı - FOTO
174828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.