Komitə sədri: “Bir sahəyə 3 il ardıcıl taxıl əksən, növbəti il məhsul verməyəcək”

Komitə sədri: “Bir sahəyə 3 il ardıcıl taxıl əksən, növbəti il məhsul verməyəcək”

Hazırda oxunan: Komitə sədri: “Bir sahəyə 3 il ardıcıl taxıl əksən, növbəti il məhsul verməyəcək”

174746

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin oktyabr ayından etibarən taxıl əkini sahələrində 2024-cü il məhsulu üçün payızlıq bitkilərin kütləvi səpinində əvvəlki illə ciddi azalma müşahidə olunmaqdadır. 

Belə ki, səpin aparılmış sahənin 99 faizini və yaxud 1 milyon 15.6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598.3 min hektarı buğda, 417.1 min hektarı arpa, 161 hektarı isə çovdar əkinlərinin payına düşür. Rəqəmlərdə belə aydın olur ki, buğdanın əkin sahələri illik müqayisədə 7.4 faiz azalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Çörəyin qiyməti arta bilərmi? - VİDEO


2023-cü ilin eyni dövrünə səpin aparılmış sahənin 98.7 faizini və yaxud 1 milyon 41.15 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 646.22 min hektarı buğda, 394.76 min hektarı arpa, 160 hektarı isə çovdar əkinlərinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4.6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9.9 faiz azalıb.

“Bütün əkin sahələrini taxıla çevirmək olmaz”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev Azərbaycanda əkin sahələrinin azalmasını əvvəlcə aqrar sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqələndirib:

“Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, əkin sahələrinin artırılmasına deyil, məhsuldarlığın yüksəldilməsinə diqqət etmək lazımdır. Bu da əlavə subsidiyaların ayrılması, yüksək keyfiyyətli və məhsuldar toxumların gətirilməsi, eləcə də becərilmənin yaxşılaşdırılması ilə əlaqədar ola bilər. Bunun elə ciddi ziyanı yoxdur. Bu durum mühüm məqsədlərə xidmət edir. Əsasən də sahibkarlara bu sahədə yaxşı işləmələri və keyfiyyətli məhsul istehsal etmələri üçün bir stimul verir”.    

Onun sözlərinə görə, bütün əkin sahələrini taxıla çevirmək olmaz:

“Çünki rentabelliyi elə də yüksək deyil. Ancaq pambıq, tütün, üzüm kimi məhsulların rentabelliyi bir neçə dəfə çoxdur və dünya bazarında taxıldan da dəfələrlə yüksək qiymətə satılır. Hər il 1 milyon hektardan çox sahədə taxıl əkilir ki bu da həddindən çoxdur və bu sahələr tədricən azalmalıdır. Ona görə ki, növbəli əkin sisteminə keçməyə imkan vermir və digər məhsulların becərilməsinə lazım olan imkanı yaratmaq olmur. Taxıl elə məhsuldur ki, 3 il ard-arda eyni sahədə əkilsə, növbəti il məhsul verməyəcək və vələmirə çevriləcək”. 

Bəs əkin sahələrinin azalması idxaldan asılılığı artıra bilərmi?

Prezident İlham Əliyevin məsələ ilə bağlı fikirlərindən sitat gətirən T.Rzayev bildirib ki,məhsuldarlığın artırılması qarşıdakı 2-3 ildə idxaldan asılılığı aradan qaldırmağa imkan verəcək:

“Bunun üçün də yüksək keyfiyyətli toxum sortları əldə edilməli, suvarma sistemləri yenilənməli, eyni zamanda qabaqcıl və müasir təcrübəyə əsaslanaraq, yeni əkin texnologiyaları tətbiq edilməlidir. Əgər bunlara nail olsaq, hər hektar üçün azı 40-45 sentner məhsul əldə edə biləcəyik. Hazırda elə fermer təsərrüfatları var ki, hər hektardan 60-70 sentner məhsul əldə edilib. Ancaq ümumi məhsuldarlıq 32 sentnerdirsə, deməli, çatışmazlıqlarımız hələ də çoxdur”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO