Bakı və Abşerona qar yağır - FAKTİKİ HAVA 

Bakı və Abşerona qar yağır - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bakı və Abşerona qar yağır - FAKTİKİ HAVA 

174722

Yanvarın 23-ü saat 12:00-a olan məlumata əsasən, Bakı və Abşeron yarımadasına, eləcə də dağlıq ərazilərə qar yağır. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır. Bakı və Abşeron yarımadasında da səhər saatlarından başlayaraq sulu qar, qar davam edir. 
Şimal-qərb küləyinin sürəti Naftalan, Bakıda və Abşeron yarımadasında 18 m/s təşkil edib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 0-3 dərəcə isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO